Bakıda akkumulyator testi, dəyişmə və qeydiyyatı
Akkumulyator bir gün “qəfildən” boşalmır: əvvəlcə tutumunu itirir. Test cihazı ilə həqiqi vəziyyətini ölçür, zəifdirsə dəyişir, sızma cərəyanı varsa səbəbini axtarırıq. Müasir avtomobillərdə (BMW, Mercedes, VAG və s.) yeni akkumulyator idarəetmə blokunda qeydiyyatdan keçməlidir, əks halda generator düzgün şarj etmir və batareya tez ölür.
Xidmətə nələr daxildir
- Akkumulyatorun yük testi və tutumunun ölçülməsi
- Şarj sisteminin (generator, gərginlik) yoxlanışı
- Sızma cərəyanının ölçülməsi
- Yeni akkumulyatorun dəyişdirilməsi
- BMS / idarəetmə blokunda qeydiyyat (tutum, tip, istehsalçı)
Nə vaxt müraciət etməli
- Maşın səhər çətin işə düşür
- Akkumulyator bir neçə gün dayananda boşalır
- Panelda akkumulyator və ya şarj lampası yanır
- Akkumulyatoru dəyişmisiniz, amma problem qalır
- Start-stop sistemi işləmir
Necə işləyir
- 1
Müraciət
Zəng və ya WhatsApp ilə uyğun vaxtı seçirik
- 2
Diaqnostika
Nasazlığı kompüterlə dəqiq müəyyən edirik
- 3
Razılaşma
İşi və qiyməti əvvəlcədən razılaşdırırıq
- 4
Təmir və zəmanət
İşi tamamlayır, 12 ayadək zəmanət veririk
Tez-tez verilən suallar
Akkumulyator testi və qeydiyyatı neçəyədir?
Test 10 AZN-dən, BMS qeydiyyatı ilə dəyişmə isə markadan asılı olaraq 20 AZN-dən başlayır. Yeni akkumulyatorun özü ayrıca ödənilir (siz gətirə bilərsiniz).
Akkumulyatoru niyə qeydiyyatdan keçirmək lazımdır?
Blok akkumulyatorun tipini və tutumunu bilməlidir ki, şarj gərginliyini ona uyğun tənzimləsin. Qeydiyyatsız yeni akkumulyator 1–2 ildə köhnəlir, start-stop və digər funksiyalar söndürülə bilər.
Akkumulyatoru dəyişmək kifayətdirmi?
Həmişə yox. Səbəb zəif generator və ya gecə cərəyan sızmasıdırsa, yeni akkumulyator da boşalacaq. Ona görə dəyişməzdən əvvəl şarj sistemini və sızma cərəyanını ölçürük.
Digər xidmətlər
Maşın kompüter diaqnostikası
20 AZN-dənMaşın diaqnostikası: xəta kodları, sensorlar
Ossiloqrafla diaqnostika
40 AZN-dənSensor, alışma və injektor siqnallarının analizi
Yürüş (probeq) müqayisəsi, bütün bloklarda xəta və qəza izləri