Bakıda VAG gizli funksiyalarının aktivləşdirilməsi
Volkswagen qrupunun (VW, Audi, Skoda, Seat) avtomobillərində bir çox funksiya bloklarda artıq mövcuddur, amma zavodda söndürülüb. Onları əlavə avadanlıq quraşdırmadan, kodlaşdırma ilə aktivləşdirmək mümkündür. Avtomobilin konfiqurasiyasını yoxlayır, hansı funksiyaların mümkün olduğunu deyir və seçdiklərinizi aktivləşdiririk.
Xidmətə nələr daxildir
- Pəncərələrin açarla açılıb-bağlanması (komfort rejimi)
- Güzgülərin avtomatik qatlanması (müvafiq güzgülər varsa)
- Start-stop sisteminin söndürülmüş vəziyyətdə yadda saxlanması
- İşıq rejimləri: gündüz işıqları, “Coming/Leaving Home”
- Cihaz panelində əlavə göstəricilər və oxların “salamlaşması”
Nə vaxt müraciət etməli
- Start-stop hər dəfə özü işə düşür və bu sizi narahat edir
- Avtomobildə olan funksiya menyuda görünmür
- Maşını başqa ölkədən gətirmisiniz və ayarlar fərqlidir
- Blok və ya hissə dəyişəndən sonra funksiya itib
- Avtomobilinizi daha rahat etmək istəyirsiniz
Necə işləyir
- 1
Müraciət
Zəng və ya WhatsApp ilə uyğun vaxtı seçirik
- 2
Diaqnostika
Nasazlığı kompüterlə dəqiq müəyyən edirik
- 3
Razılaşma
İşi və qiyməti əvvəlcədən razılaşdırırıq
- 4
Təmir və zəmanət
İşi tamamlayır, 12 ayadək zəmanət veririk
Tez-tez verilən suallar
Funksiyaların aktivləşdirilməsi neçəyədir?
20 AZN-dən. Qiymət funksiyaların sayından və mürəkkəbliyindən asılıdır.
Hansı funksiyalar mümkündür?
Modeldən, buraxılış ilindən və avadanlıqdan asılıdır. Avtomobili yoxlayıb mümkün funksiyaların siyahısını əvvəlcədən deyirik.
Bu zavod zəmanətinə təsir edirmi?
Dəyişikliklər zavod proqramı daxilində kodlaşdırma ilə edilir və əvvəlki vəziyyətə qaytarıla bilər. Zavod zəmanəti olan yeni avtomobillərdə əvvəlcə dilerin şərtləri ilə tanış olmağı tövsiyə edirik.
Digər xidmətlər
Maşın kompüter diaqnostikası
20 AZN-dənMaşın diaqnostikası: xəta kodları, sensorlar
ECU proqramlaşdırma (beyin yazılması)
40 AZN-dənECU / TCU kodlaşdırma və adaptasiya
Çin avtomobillərində dil dəyişmə
200 AZN-dənAzərbaycan və rus dili, Android proqramları
Çin avtomobillərinə proqram yazılması
50 AZN-dənMultimedia yeniləməsi, Android proqramları, CarPlay və xəritə