Bakıda Çin avtomobillərində dil dəyişmə

Çindən gətirilən avtomobillərdə multimedia sistemi və cihaz paneli çox vaxt yalnız Çin dilində olur, tanış proqramlar isə yoxdur. Sistemi Azərbaycan, rus və ya ingilis dilinə keçirir, gündəlik istifadə üçün lazım olan Android proqramlarını quraşdırırıq. Mümkün variantlar modeldən və proqram versiyasından asılıdır; bunu əvvəlcədən yoxlayıb deyirik.

Xidmətə nələr daxildir

  • Multimedia sisteminin Azərbaycan, rus və ya ingilis dilinə keçirilməsi
  • Cihaz paneli və menyuların dilinin dəyişdirilməsi (model imkan verirsə)
  • Naviqasiya proqramlarının quraşdırılması (məs., Waze, Yandex Navigator)
  • Musiqi, video və mesajlaşma proqramlarının quraşdırılması
  • Saat, vahidlər və regional ayarların tənzimlənməsi

Nə vaxt müraciət etməli

  • Ekran və menyular Çin dilindədir
  • Daxili naviqasiya burada işləmir
  • Lazım olan proqramları quraşdırmaq mümkün olmur
  • Səsli köməkçi yalnız Çin dilində danışır
  • Avtomobili yenicə Çindən gətirmisiniz

Necə işləyir

  1. 1

    Müraciət

    Zəng və ya WhatsApp ilə uyğun vaxtı seçirik

  2. 2

    Diaqnostika

    Nasazlığı kompüterlə dəqiq müəyyən edirik

  3. 3

    Razılaşma

    İşi və qiyməti əvvəlcədən razılaşdırırıq

  4. 4

    Təmir və zəmanət

    İşi tamamlayır, 12 ayadək zəmanət veririk

Tez-tez verilən suallar

Dil dəyişmə neçəyədir?

200 AZN-dən. Qiymət modeldən və quraşdırılacaq proqramların sayından asılıdır.

Hansı dillər mövcuddur?

Azərbaycan, rus və ingilis dili. Hansı hissələrin (multimedia, cihaz paneli, menyular) dəyişdirilə biləcəyi modeldən və proqram versiyasından asılıdır; avtomobili yoxlayıb əvvəlcədən deyirik.

Sistem yenilənəndə ayarlar itəcəkmi?

Rəsmi onlayn yeniləmə bəzi ayarları sıfırlaya bilər. Belə halda bizə müraciət edin, yenidən quraşdırarıq.

Digər xidmətlər