Bakıda ECU proqramlaşdırma və beyin yazılması

ECU mühərrikin, TCU isə avtomat sürətlər qutusunun “beyni”dir. Blok dəyişdiriləndə, proqram təminatında nasazlıq olanda və ya hissə dəyişəndən sonra blokun yenidən öyrədilməsi lazım gələndə proqramlaşdırma və adaptasiya tələb olunur. İşə başlamazdan əvvəl blokun vəziyyətini yoxlayır və nə ediləcəyini izah edirik.

Xidmətə nələr daxildir

  • Mühərrik blokunun (ECU) proqramlaşdırılması
  • Sürətlər qutusu blokunun (TCU) kodlaşdırılması və adaptasiyası
  • Yeni və ya işlənmiş blokun avtomobilə uyğunlaşdırılması
  • Hissə dəyişəndən sonra adaptasiyaların sıfırlanması
  • İşdən sonra xəta kodlarının yoxlanışı

Nə vaxt müraciət etməli

  • Mühərrik və ya sürətlər qutusu blokunu dəyişmisiniz
  • Avtomat qutu sərt və ya gecikmə ilə ötürür
  • Blok proqram xətası göstərir və ya əlaqə yaratmır
  • Drossel, injektor və ya qutu hissəsi dəyişdirilib
  • Diaqnostika proqram təminatında problem göstərib

Necə işləyir

  1. 1

    Müraciət

    Zəng və ya WhatsApp ilə uyğun vaxtı seçirik

  2. 2

    Diaqnostika

    Nasazlığı kompüterlə dəqiq müəyyən edirik

  3. 3

    Razılaşma

    İşi və qiyməti əvvəlcədən razılaşdırırıq

  4. 4

    Təmir və zəmanət

    İşi tamamlayır, 12 ayadək zəmanət veririk

Tez-tez verilən suallar

ECU proqramlaşdırma qiyməti nə qədərdir?

40 AZN-dən. Qiymət avtomobilin modelindən və işin növündən asılıdır; əvvəlcədən razılaşdırırıq.

Blok dəyişəndən sonra proqramlaşdırma mütləqdir?

Çox vaxt bəli. Yeni blok avtomobilin məlumatlarını və adaptasiyalarını bilmir; onsuz mühərrik və ya qutu düzgün işləməyə bilər.

Proqramlaşdırma nə qədər çəkir?

İşin növündən asılıdır: adaptasiya adətən qısa çəkir, tam proqramlaşdırma daha uzun. Dəqiq vaxtı diaqnostikadan sonra deyirik.

Digər xidmətlər