Bakıda maşın elektrik ustası: elektrik və naqil təmiri
Müasir avtomobildə onlarla elektron blok və yüzlərlə metr naqil var. Bir oksidləşmiş konnektor və ya zədələnmiş naqil işıqların, sensorların, hətta mühərrikin işinə təsir edə bilər. Maşın elektrik ustamız nasazlığı təxminlə deyil, ölçmə cihazları ilə tapır, zədələnmiş hissəni təmir edir və ya dəyişirik.
Xidmətə nələr daxildir
- Qısa qapanma və sızma cərəyanının axtarışı
- Naqil, konnektor və kütlə nöqtələrinin təmiri
- Qoruyucu və rele bloklarının yoxlanışı
- İşıqlandırma, şüşəqaldıran və mərkəzi qıfıl nasazlıqları
- Sensorların yoxlanışı və dəyişdirilməsi
Nə vaxt müraciət etməli
- Qoruyucu tez-tez yanır
- Gecə ərzində akkumulyator boşalır
- İşıqlar, şüşəqaldıran və ya kondisioner işləmir
- Paneldə xəta işıqları yanıb-sönür
- Yanıq iyi gəlir və ya naqil qızır
Necə işləyir
- 1
Müraciət
Zəng və ya WhatsApp ilə uyğun vaxtı seçirik
- 2
Diaqnostika
Nasazlığı kompüterlə dəqiq müəyyən edirik
- 3
Razılaşma
İşi və qiyməti əvvəlcədən razılaşdırırıq
- 4
Təmir və zəmanət
İşi tamamlayır, 12 ayadək zəmanət veririk
Tez-tez verilən suallar
Maşın elektrik ustası və naqil təmiri neçəyədir?
10 AZN-dən. Qiymət nasazlığın yerindən və işin həcmindən asılıdır; təmirdən əvvəl razılaşdırırıq.
Akkumulyator gecə ərzində boşalır. Səbəb nədir?
Çox vaxt sızma cərəyanıdır: söndürülmüş maşında hansısa blok və ya avadanlıq enerji çəkir. Ölçmə ilə mənbəyini tapırıq.
Qoruyucunu dəyişmək kifayət deyilmi?
Qoruyucu dövrəni qorumaq üçün yanır. Təkrar yanırsa, dövrədə qısa qapanma və ya həddindən artıq yük var; onu tapmaq lazımdır.
Digər xidmətlər
Maşın kompüter diaqnostikası
20 AZN-dənMaşın diaqnostikası: xəta kodları, sensorlar
ECU (beyin) təmiri
80 AZN-dənECU (beyin), TCU və digər nasaz blokların bərpası
Generator və starter təmiri
60 AZN-dənAkkumulyator və şarj sisteminin yoxlanışı
Farsunka yuyulması
40 AZN-dənMPI və GDI farsunkaların yuyulması və stend testi