Bakıda avtomobil beyin (ECU) təmiri

Avtomobilin beyni (ECU) və ya digər elektron blok nasaz olanda çox vaxt onu yenisi ilə dəyişməyi təklif edirlər — bu həm baha, həm də uzun ola bilər. Əksər hallarda nasazlıq blokun içində konkret bir elementdədir: yanmış tranzistor, zədələnmiş lehim və ya rütubətdən korroziya. Belə blokları açır, nasaz elementi tapır və təmir edirik.

Xidmətə nələr daxildir

  • Blokun avtomobildə və stenddə diaqnostikası
  • Nasaz elementlərin (tranzistor, mikrosxem, lehim) dəyişdirilməsi və bərpası
  • Rütubət və korroziyadan zədələnmiş blokların bərpası
  • Lazım olduqda proqram təminatının bərpası
  • Təmirdən sonra avtomobildə yoxlanış

Nə vaxt müraciət etməli

  • Diaqnostika blokla əlaqə olmadığını göstərir
  • Mühərrik işə düşmür, blok “cavab vermir”
  • Sürətlər qutusu qəza rejiminə keçir
  • Blok su və ya rütubət görüb
  • Yeni blok çox bahadır və ya sifarişlə gəlir

Necə işləyir

  1. 1

    Müraciət

    Zəng və ya WhatsApp ilə uyğun vaxtı seçirik

  2. 2

    Diaqnostika

    Nasazlığı kompüterlə dəqiq müəyyən edirik

  3. 3

    Razılaşma

    İşi və qiyməti əvvəlcədən razılaşdırırıq

  4. 4

    Təmir və zəmanət

    İşi tamamlayır, 12 ayadək zəmanət veririk

Tez-tez verilən suallar

ECU (beyin) təmiri qiyməti nə qədərdir?

ECU təmiri qiyməti 80 AZN-dən başlayır. Qiymət blokun növündən və nasazlıqdan asılıdır; blok yoxlandıqdan sonra dəqiq deyirik.

Hər bloku təmir etmək olurmu?

Əksəriyyətini — bəli. Blok təmir oluna bilmirsə, bunu əvvəlcədən deyir və başqa variant təklif edirik.

Təmir nə qədər çəkir?

Blokun növündən və lazım olan hissənin mövcudluğundan asılıdır. Dəqiq müddəti yoxlamadan sonra deyirik.

Digər xidmətlər