Bakıda Çin avtomobillərinə proqram yazılması

Çin avtomobillərinin multimedia sistemi tez-tez köhnə proqramla gəlir: xəritə yoxdur, tətbiqlər açılmır, sistem donur. Biz proqramı yeniləyir, lazım olan Android tətbiqlərini, naviqasiyanı və CarPlay / Android Auto dəstəyini yazır, sistemi sazlayırıq. Dilin dəyişməsi ayrıca xidmətdir, ehtiyac olsa birlikdə edirik.

Xidmətə nələr daxildir

  • Multimedia proqramının (firmware) yenilənməsi
  • Android proqramlarının və naviqasiyanın yazılması
  • CarPlay / Android Auto dəstəyi
  • Xəritələrin yenilənməsi
  • Yazıdan sonra sistemin sınağı və sazlanması

Nə vaxt müraciət etməli

  • Multimedia donur və ya özü yenidən başlayır
  • Naviqasiya və ya xəritə yoxdur
  • Tətbiqlər açılmır və ya quraşdırıla bilmir
  • Telefonu CarPlay / Android Auto ilə bağlamaq olmur
  • Sistem yeniləməsindən sonra funksiyalar itib

Necə işləyir

  1. 1

    Müraciət

    Zəng və ya WhatsApp ilə uyğun vaxtı seçirik

  2. 2

    Diaqnostika

    Nasazlığı kompüterlə dəqiq müəyyən edirik

  3. 3

    Razılaşma

    İşi və qiyməti əvvəlcədən razılaşdırırıq

  4. 4

    Təmir və zəmanət

    İşi tamamlayır, 12 ayadək zəmanət veririk

Tez-tez verilən suallar

Çin avtomobillərinə proqram yazılması neçəyədir?

50 AZN-dən. Qiymət modeldən, multimedia blokundan və yazılacaq proqramların həcmindən asılıdır; dəqiq məbləği işə başlamazdan əvvəl deyirik.

Mənim markam dəstəklənirmi?

BYD, Chery, Geely, Changan, Haval, Jetour, Exeed və digər geniş yayılmış markalarla işləyirik. Modeli və ilini yazın, əvvəlcədən deyək.

Zəmanət zədələnməzmi?

Rəsmi servisin zəmanəti proqram dəyişikliyini qəbul etməyə bilər. Zəmanətdə olan avtomobil üçün əvvəlcə dilerlə dəqiqləşdirin; biz işdən sonra gedən proqram versiyasını yazılı göstəririk.

Digər xidmətlər